Tramp benzinin bahalaşmasının əsl səbəbini açıqladı
ABŞ Prezidenti Donald Tramp benzin qiymətlərinin artmasına səbəb kimi Ukraynanın Rusiyanın neft emalı zavodlarına hücumlarını göstərib.
TodayPress TV xəbər verir ki, Tramp bu barədə sosial media hesabında paylaşım edib.
O bildirib ki, benzin qiymətlərinin artmasının səbəbi artıq Hörmüz boğazı deyil. Trampın sözlərinə görə, hazırda boğazdan demək olar ki, hər gün rekord həcmdə neft daşınır.
ABŞ prezidenti qiymət artımının əsas səbəblərindən birinin neft emalı zavodları ilə bağlı vəziyyət olduğunu qeyd edib.
Tramp iddia edib ki, Rusiyanın neft emalı zavodları Ukraynanın hücumları nəticəsində partladılır. O, həmçinin Kaliforniya kimi “mavi” ştatlarda neft emalı zavodlarının demokratlar tərəfindən bağlandığını bildirib.
Kübra Musayeva