“Sülh Şurası”na AÇIQ QAPI: Hansı ölkələr qoşulacaq?
Təhlil
19.02.2026 21:20
“Sülh Şurası”na bundan sonra hansı dövlətlərin qoşulcağı həm ABŞ Lideri Donald Trampın istəyindən, həm də Şuranın özünü doğrultmasından asılı olacaq”.
Politoloq Mütəllim Rəhimli bunu TodayPress TV-yə danışarkən bildirib.

Analitik vurğulayıb ki, “Sülh Şurası” dünyada sabitliyin təşviqi, etibarlı və qanuni idarəetmənin bərpası, eləcə də münaqişədən təsirlənən ərazilərdə dayanıqlı sülh prosesinin dəstəklənməsi məqsədilə yaradılıb. Onun sözlərinə görə, qurumun qarşısına kifayət qədər geniş və iddialı missiya qoyulub.
“Şuranın təsisçiləri və üzvləri ABŞ Prezidenti Donald Tramp tərəfindən müəyyənləşdirilib. Qəzzada barış və yenidənqurma niyyətini daşıdığı bildirilən quruma Fələstin Administrasiyasının dəvət olunmaması bir sıra ölkələrin, o cümlədən İspaniyanın sənədi imzalamaqdan imtina etməsinə səbəb olub”, - deyə siyasi şərhçi xatırladıb.
Politoloqun sözlərinə görə, Sülh Şurasının genişlənməsi və nüfuz qazanması onun bundan sonrakı fəaliyyətindən asılı olacaq:

“Əgər qurum qarşısına qoyduğu vəzifələri yerinə yetirə bilsə və real nəticələr əldə etsə, nüfuzlu platformaya çevrilə bilər. Əks halda isə zamanla arxivə düşəcək” .
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp Vaşinqtonda ABŞ-nin təşəbbüsü ilə yaradılan “Sülh Şurası”da çıxışı zamanı bildirib ki, istənilən ölkə “Sülh Şurası”na qoşula bilər.
Aysel Mətləb
tag: Sülh Şurası, ABŞ,Tramp, İlham Əliyev, Lider, todaypress.tv,
