Rezayi yeni “sürpriz”lər vəd etdi

Rezayi yeni “sürpriz”lər vəd etdi
05.10.2026 21:00 Dünya

İran rəsmisi ölkəyə qarşı atılacaq növbəti addımın yeni cəbhələrin açılmasına və daha böyük sürprizlərə səbəb ola biləcəyini bildirib.

TodayPress TV xəbər verir ki, bunu İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rezayi deyib.

Rzai bildirib ki, rəqibin İranla bağlı hər bir yanlış hesablaması onun üçün ağır məğlubiyyətlə nəticələnib. Onun sözlərinə görə, növbəti səhv yeni cəbhələrin açılmasına və daha böyük sürprizlərin yaşanmasına gətirib çıxaracaq.

“İslam İnqilabının ali rəhbərinin müdrik rəhbərliyi, tarix yaradan xalqın dəstəyi və dövlət sisteminin bütün qollarının koordinasiyası sayəsində İran bu çətin vəziyyətdən inamla çıxacaq”, - deyə Rezayi vurğulayıb.

Kübra Musayeva

XƏBƏR LENTİ
05 OKTYABR 2026
Bütün Xəbərlər