Sanksiyalar paketinə VETO: Avropa Birliyində nə baş verir?

Sanksiyalar paketinə VETO: Avropa Birliyində nə baş verir?
25.02.2026 00:00 Təhlil

"Macarıstan və Slovakiyanın Avropa Birliyinin 20-ci sanksiyalar paketinə veto qoyması enerji və maliyyə maraqları fonunda ciddi siyasi müzakirələrə səbəb olub".

Politoloq Abutalıb Səmədov bunu TodayPress TV-yə danışarkən bildirib.


Onun sözlərinə görə, Macarıstan və Slovakiya bu addımı Ukraynanın öz ərazisindən keçən “Dostluq” neft kəməri vasitəsilə Rusiya neftinin Avropaya çatdırılmasına mane olması ilə əsaslandırır. 

Analitik qeyd edib ki, bu kəmərin bağlanması həmin ölkələr üçün ciddi problem yaradır və onlar Ukraynadan neft tranzitinə mane olmamağı tələb edirlər:

“Əgər burada müəyyən razılıq əldə olunsa, 20-ci sanksiyalar paketinə qoyulan veto da götürülə bilər. Paket çərçivəsində Rusiya üçün əlavə ticarət məhdudiyyətləri, bank sektoruna qarşı yeni sanksiyalar, həmçinin Rusiya neftinin tankerlərlə daşınmasına dair məhdudiyyətlər nəzərdə tutulur".


BÜDCƏDƏ ÇƏTİNLİKLƏR YARANACAQ 

Siyasi şərhçinin sözlərinə görə, Avropa Birliyi Rusiyanı xarici valyuta gəlirlərindən məhrum etməyə çalışır. Çünki Rusiyanın xarici ticarət gəlirlərinin mühüm hissəsi neft-qaz satışından formalaşır və bu gəlirlərin azalması büdcədə ciddi çətinliklər yaradır.

Səmədov hesab edir ki, Macarıstan və Slovakiyanın dövlət maraqları digər Avropa ölkələrinin maraqları ilə tam üst-üstə düşmür. Bununla belə, yaranmış vəziyyətdən çıxış yolunun danışıqlardan keçdiyini bildirir. 


AVROPA BİRLİYİ PARÇALANIR? 

Politoloqun fikrincə, qərarların qəbul proseduruna yenidən baxılması və bu kimi mühüm məsələlərdə konsensus tələbinin aradan qaldırılması gələcəkdə oxşar problemlərin qarşısını ala bilər. 

"Ukraynaya ayrılması nəzərdə tutulan 90 milyardlıq kreditə veto qoyulması da olduqca ciddi hadisədir. İki il üçün nəzərdə tutulan bu məbləğ Ukraynanı qane etmir. Çünki əvvəlki dövrdə hər il təxminən 82 milyard dollar yardım ayrıldığı halda, indi iki ilə təxminən eyni həcmdə vəsait planlaşdırılıb. Bu vəsaitə də veto qoyulması Ukraynanın vəziyyətini daha da ağırlaşdıra bilər", - deyə siyasi analitik izah edib.

Aysel Mətləb

TodayPress TV

XƏBƏR LENTİ
04 IYUN 2026
Dondurmanın həm xeyri, həm ziyanı açıqlandı - Hansı maddələr təhlükə yaradır? 00:34 Arıqlamağın elmi sirri tapıldı: Bağırsaq bakteriyaları beyinə necə təsir edir? 00:31 Ayağı amputasiya olunmuş idmançı kosmosa uçmağa hazırlaşır 00:22 ABŞ-də 80 min nəfərlik "üzən şəhər" salınır 23:43 İƏT Bəhreyn və Küveytə hücumları pislədi 00:55 "Ferrari" komandası "Formula-1"də rekord müəyyənləşdirdi 00:20 Bu ölkədə isti hava səbəbindən ölənlərin sayı 100-ü keçdi 23:27 Trampdan İrana sərt mesaj: “İki-üç həftəyə hər şeyi məhv edə bilərik” 00:44 Konqoda Ebola yoluxmuş beş məhbus qaçdı 23:46 Azərbaycanın minifutbol millisi Avropa çempionatında finala vəsiqə qazandı 00:00 İran ordusu ABŞ esminesinə hücum etdi - KİV 23:47 Qalibaf: İrana qarşı boş təhdidlər dövrü başa çatıb 23:42 VAZ və "Mitsubishi" toqquşdu: Bir yaralı, bir ölü 23:05 Rusiya səfiri Britaniya XİN-ə çağırıldı 23:09 DÇ-2026: İran millisinin oyunçuları viza aldılar 22:16 "Hizbullah" Bofor qalasındakı İsrail əsgərlərini hədəf aldı 22:56 Qırğızıstan ilk dəfə BMT Təhlükəsizlik Şurasının üzvü seçildi 21:43 Minifutbol üzrə Avropa çempionatında ilk finalçı bəlli oldu 22:29 Bu ölkə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə seçilə bilmədi 21:34 Rusiya Ermənistan məhsullarını Azərbaycanla əvəz edir? - Putinin xüsusi nümayəndəsi açıqladı 22:17 Elçibəyin Zəngəzur dəhlizi planı niyə baş tutmayıb? – Sabiq köməkçidən tarixi açıqlama 21:02 Amerika nüvə silahları Rusiya sərhədlərinə yaxınlaşa bilər 22:00 Rubiodan "TRIPP" açıqlaması: "Əhəmiyyətli imkanlar yaradacaq" 21:15 Qadın basketbolçularımız Polşanı məğlub edib pley-inə yüksəldi 21:37 Rusiya ordusundan Kramatorska ağır zərbə – Ölənlərin sayı artır 20:57 Bütün Xəbərlər