Feyrfordda sirr: Vens “barmağı” İrana tuşladı
ABŞ vitse-prezidenti Cey Di Vens İranın Böyük Britaniyadakı “Feyrford” aviabazasında baş verən insidentlə əlaqəsinin ola biləcəyini bildirib.
TodayPress TV xəbər verir ki, Vens bu barədə Feyrford aviabazasında baş verən insidenti şərh edərkən danışıb.
“Biz müəyyən dərəcədə əminliklə hesab edirik ki, iranlılar… Bilirsiniz, onlar İran dövlətinin 49 ildir etdiyi işi görməyə çalışırlar. Yəni ABŞ-a və bir çox digər insanlara qarşı terror aktları törədirlər”, – deyə Vens bildirib.
Kübra Musayeva