Yığdığı milyonlar onu edam masasına apardı

Yığdığı milyonlar onu edam masasına apardı
28.11.2026 11:42 Dünya

Çinin Quansi bölgəsinin keçmiş qubernatoru 2008–2025-ci illər ərzində 88 milyon dollardan çox rüşvət almaqda təqsirli bilinərək ölüm cəzasına məhkum edilib.

TodayPress TV xəbər verir ki, 64 yaşlı sabiq məmura ikiillik möhlətlə ölüm hökmü verilib.

Bu cəza adətən hökmün icrasının iki il təxirə salınmasını, həmin müddətdə yeni cinayət törədilmədiyi halda isə cəzanın ömürlük həbsə dəyişdirilməsini nəzərdə tutur.

Məlumata görə, onun etirafı, istintaqla əməkdaşlığı və qanunsuz əldə etdiyi aktivləri geri qaytarması edam hökmünün dərhal icra olunmamasına təsir göstərib.

Qiymət Mahir


XƏBƏR LENTİ
28 NOYABR 2026
Bütün Xəbərlər