Sikorski: Milyonlarla insan qaçmağa məcbur qalacaq

Sikorski: Milyonlarla insan qaçmağa məcbur qalacaq
28.11.2026 11:33 Dünya

Polşanın xarici işlər naziri Radoslav Sikorski Rusiyanın Kiyevdəki körpülərə hücumlarının davam edəcəyi təqdirdə şəhərin sakinlərini itirə və boşala biləcəyini bildirib.

TodayPress TV xəbər verir ki, Sikorski bu barədə “Tezar WP” “YouTube” kanalının efirində danışıb.

Onun sözlərinə görə, Rusiyanın Kiyevdəki körpülərə hücumları şəhərdə vəziyyəti daha da çətinləşdirib. Nazir qeyd edib ki, körpülərin dağıdılması paytaxt üçün ciddi problemlər yarada bilər və nəticədə Kiyev boşala bilər.

Bununla yanaşı, Sikorski Ukrayna ordusunun cəbhədə Rusiya qüvvələrinin hücumlarının öhdəsindən gəlmək qabiliyyətinə inandığını ifadə edib.

Qiymət Mahir

XƏBƏR LENTİ
28 NOYABR 2026
Bütün Xəbərlər