Liderlər onunla danışmır, sammitləri yarımçıq tərk edir - Fitsodan yazırlar

Liderlər onunla danışmır, sammitləri yarımçıq tərk edir - Fitsodan yazırlar
28.11.2026 11:59 Dünya

Slovakiyanın Baş naziri Robert Fitso beynəlxalq sammitlərə tez-tez gecikir və tədbirləri vaxtından əvvəl tərk edir.

TodayPress TV xəbər verir ki, bu barədə “EUobserver” və “Denník N” nəşrləri Slovakiya və Avropa diplomatlarına istinadən məlumat yayıb.

Məlumata görə, noyabrın 12-də Dublində keçirilən Avropa Siyasi Birliyinin sammitində iştirakçıların əksəriyyəti tədbirə əvvəlcədən gəlsə də, Fitsonu daşıyan təyyarə Bratislavadan sammit başladıqdan sonra havaya qalxıb.

Bundan başqa, Slovakiya baş naziri oktyabr ayında Avropa İttifaqının sammitini vaxtından əvvəl tərk edərək Serbiyaya yollanıb.

Nəşrlərin həmsöhbətləri bildiriblər ki, digər ölkələrin liderləri qeyri-rəsmi söhbətlər zamanı çox vaxt Fitsoya xüsusi diqqət ayırmırlar.

Qiymət Mahir

XƏBƏR LENTİ
28 NOYABR 2026
Bütün Xəbərlər