Neft qiymətlərində bahalaşma: Rusiya büdcə gəlirlərini necə artıracaq?
Təhlil
12.03.2026 00:15
Rusiya Prezidenti Vladimir Putin qlobal neft və qaz bazarlarında vəziyyətə dair iclasda bildirib ki, Yaxın Şərqdəki gərginlik səbəbindən enerji daşıyıcılarının yüksək qiymətləri müvəqqətidir.
O əlavə edib ki, artan tədarük tələb edən və etibarlı uzunmüddətli əlaqələr qurmağa qadir olan bazarlara yenidən diqqət yetirmək Rusiyaya bu bazarlarda möhkəmlənməyə imkan verəcək.
İqtisadçı Asif İbrahimov bu barədə TodayPress TV-yə danışıb.

Ekspert bildirib ki, neft qiymətlərindəki mümkün bahalaşma Rusiya üçün büdcə gəlirlərini artırmaq və enerji sektorunda yeni addımlar atmaq imkanı yarada bilər.
"Rusiya Prezidenti Vladimir Putinin səsləndirdiyi fikirlər neft hasil edən ölkələrə, xüsusilə strateji enerji ehtiyatlarının idarə olunması baxımından verilmiş mühüm mesajdır. Putin çıxışında yaxın dövrdə Yaxın Şərqdə baş verən hadisələr fonunda neft qiymətlərində müəyyən bahalaşmaların müşahidə olunacağını qeyd edib və xüsusilə Rusiya şirkətlərinə bu vəziyyətdən istifadə etməyə çağırış edib".
Ekspert vurğulayıb ki, neft qiymətlərində bahalaşma büdcə daxilolmalarının artması deməkdir.
Onun sözlərinə görə, hazırda Rusiya iqtisadiyyatı ciddi sanksiyalar altındadır. Belə şəraitdə bu fürsətdən istifadə etməklə müvəqqəti dövrdə büdcə gəlirlərinin artırılması və yeni yataqların hasil olunması istiqamətində addımların atılması məqsədəuyğun hesab olunur.
Aysel Mətləb
tag: Neft,Rusiya,Şirkət,Büdcə,Gəlir,Asif İbrahimov,TodayPress TV,
