Ukraynanın təchizat gətirən quru yük gəmisi vuruldu
Rusiya qoşunları Odessa vilayətinin Yujnı limanında Ukrayna Silahlı Qüvvələri üçün təchizat gətirən quru yük gəmisini vurub.
TodayPress TV xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
"Bu gün günorta saatlarında Rusiya Federasiyası Silahlı Qüvvələri tərəfindən Ukraynanın liman infrastrukturuna və Ukraynaya hərbi yüklərin çatdırılmasına cəlb olunmuş dəniz gəmilərinə pilotsuz uçuş aparatları ilə zərbələrin endirilməsi davam etdirilib. Zərbələr nəticəsində Yujnı limanında Ukrayna Silahlı Qüvvələrinin təminatı üçün nəzərdə tutulmuş yükləri gətirən "quru yük" tipli dəniz gəmisi vurulub", - deyə məlumatda bildirilib.
Aysel Mətləb