Moskva yola gəlməsə, sanksiyalar daimi olacaq - ŞƏRH

Təhlil

20.02.2026 23:00

"Vaşinqton Moskva ilə uzlaşma axtarsa da, Ukrayna məsələsi həll olunmadan sanksiyalar davam edəcək". 

Politoloq Telman Nüsrətoğlu bunu TodayPress TV-yə danışarkən bildirib.


Analitik ABŞ-Rusiya münasibətlərinin yeni dünya düzəni kontekstində qiymətləndirilməli olduğunu vurğulayıb:

"ABŞ bir tərəfdən Rusiyanı həddindən artıq sıxışdıraraq Çinə daha çox yaxınlaşdırmaq istəmir. O, Moskva ilə daha münasib şərtlər altında uzlaşma zəmini formalaşdıraraq əsas diqqətini Pekinə yönəltmək niyyətindədir. Digər tərəfdən isə Ukrayna-Rusiya müharibəsi kifayət qədər mürəkkəb məsələ olaraq qalır və burada Avropa İttifaqının, eləcə də Qərb ölkələrinin ayrıca baxışları və maraqları mövcuddur".


Siyasi şərhçi vurğulayıb ki, Rusiya-Ukrayna müharibəsinə həll tapmaq sadə proses deyil və məsələ həll olunmadığı müddətdə sanksiyaların davam etməsi təbiidir. O qeyd edib ki, sanksiyaların müddətinin uzadılmasını da bu kontekstdə qiymətləndirmək mümkündür.

Qeyd edək ki, ABŞ Ukraynadakı münaqişə ilə əlaqədar Rusiyaya tətbiq edilən sanksiyaları bir il müddətinə uzadıb.   

Aysel Mətləb

tag: Telman Nüsrətoğlu,Rusiya,ABŞ,Ukrayna,Todaypress.tv,