Cütləşdirilmiş Qarabağ atlarına qoyulan adlar - SİYAHI
Qarabağ Atçılıq Zavodunda 2026-cı ilin cütləşmə mövsümü və seleksiya işləri.
2026-cı ildə Qarabağ Atçılıq Zavodunda cütləşmə mövsümü çərçivəsində 70-dən çox ana madyan seçmə-taylaşdırma üsulu ilə cütləşdirilmişdir.
Zavodda cütləşmə prosesində istifadə olunan damazlıq təmizcinsli törədici ayğırlar və onların mənsub olduqları təsərrüfatlar:
1. Sovqat – Ə. Qədimov
2. Şafran – E. Kərimov
3. Xan-Xan – Y. Quluzadə
4. Sulfat – Qarabağ Atçılıq Zavodu
5. Polad – Qarabağ Atçılıq Zavodu
6. Ayaz – Qarabağ Atçılıq Zavodu
7. Volqa – Qarabağ Atçılıq Zavodu
8. Armud – (ərəb/Qarabağ) Qarb.AAZ
9. Üsyan-Yaşar – B. Nəsibov
10. Sokrat – Günay Atçılıq Klubu
11. Tuğyan – M. Abdullayev
12. Faqot – Qarabağ Atçılıq Zavodu
13. Basarkeçər – M. Abdullayev
14. Davud – Qarabağ Atçılıq Zavodu
Seçmə-taylaşdırma işinin təşkili:
Törədici ayğırların ana madyanlara təhkim olunması əvvəlcədən hazırlanmış seleksiya planı əsasında həyata keçirilmişdir. Bu plan zavodun zoomühəndisi, baytar həkimi və rəhbərliyinin iştirakı ilə hazırlanmış, hər bir ayğırın müvafiq madyanlarla taylaşdırılması əvvəlcədən müəyyən edilmişdir. Bu il Qarabağ atçılıq Zavodu Qarqbağ atı cinsinin qorunmasında əməyi olan vaxtıyla Ağdam Atçılıq Zavodunda zoomühəndis vəzifəsində çalışan Ə. Orucovu mütəxəssis kimi işlərə cəlb etmişdir.
Cütləşmə (seçmə) heyvanın mənşəyi, mənsub olduğu damazlıq xətti, tipi, fərdi xüsusiyyətləri və iş qabiliyyətini nəzərə alınmaqla həyata keçirlir.
Qarabağ Atçılıq Zavodunun əsas seleksiya istiqaməti müharibədən sonrakı illərdə Qarabağ atının madyan damazlıq özəyin bərpası, cinsdaxili tiplərinin bərpası və onların damazlıq keyfiyyətlərinin yaxşılaşdırılması üzərində qurulmuşdur.
Bu istiqamətdə əsas məqsəd Qarabağ atına xas bədən quruluşunun, konstitusiya möhkəmliyinin, cinsin xüsusiyyətlərinin və ənənəvi damazlıq keyfiyyətlərinin qorunması və bərpasıdır.Son dövrdə seleksiya işində xüsusi diqqət yetirilən istiqamətlərdən biri də ilxının ənənəvi rəng xüsusiyyətlərinin bərpasıdır. Xüsusilə Qarabağ atına xas olan parıltılı-sarı-qızılı, qonur-sarı, qalın-sarı, sarı-kəhər rəngin tədricən damazlıq seçim yolu ilə yenidən üstünlük təşkil etməsi diqqət mərkəzində saxlanılır. Beləliklə, 2026-cı ilin cütləşmə mövsümündə həyata keçirilən işlər Qarabağ atının ana ailələrin damazlıq özəyinin bərpası, cinsdaxili tiplərinin bərpasına, damazlıq təmizcinsli populyasiyanın keyfiyyətinin yüksəldilməsinə və ənənəvi fenotipik xüsusiyyətlərin qorunmasına xidmət edir.
İsmayıl Şahlı