Avropa xilas üçün gözünü Bakıya dikdi - yeni marşrut Azərbaycanı Avropanın ən böyüyü edəcək
Avropanın enerji bazarına çıxış imkanlarını genişləndirəcək 22,1 milyard avroluq yeni enerji dəhlizi yaratmağı planlaşdırır.
TodayPress TV xəbər verir ki, layihə Gürcüstandan başlayaraq Qara dənizin dibi ilə Rumıniyaya, oradan isə Macarıstana qədər uzanacaq.
Yeni marşrut Azərbaycanın Avropaya bərpaolunan enerji ixracını artırmaqla yanaşı, mövcud enerji nəqli imkanlarının şaxələndirilməsinə şərait yaradacaq.
Layihənin ümumi investisiya dəyəri 22,1 milyard avro qiymətləndirilir. İtaliyanın CESI şirkətinin hazırladığı texniki-iqtisadi əsaslandırmaya əsasən, üç mərhələdə həyata keçirilməsi nəzərdə tutulan enerji dəhlizinin ötürücülük gücü 2040-cı ilədək 3,9 GVt-a çatdırılacaq. İlk xəttin isə 2032-ci ildə istifadəyə verilməsi planlaşdırılır.
Layihə Azərbaycana külək və günəş enerjisi hesabına istehsal olunan elektrik enerjisini Avropa bazarına çıxarmaq üçün əlavə imkan yaradacaq. Eyni zamanda, yeni dəhliz ölkənin enerji ixrac marşrutlarını şaxələndirəcək və Avropa ilə əməkdaşlığını genişləndirəcək.
Qeyd edək ki, layihədə Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan iştirak edir. Türkiyə də təşəbbüsə qoşulmaq niyyətini açıqlayıb.
Bununla belə, layihənin reallaşması üçün maliyyələşdirmə mexanizmlərinin müəyyənləşdirilməsi və investorların cəlb edilməsi tələb olunur.
Hələlik yekun investisiya qərarı qəbul edilməyib.
Jalə Rövşən