Məktəbli Səməd Vurğunun qohumunu bıçaqladı

Məktəbli Səməd Vurğunun qohumunu bıçaqladı
04.11.2026 11:24 Hadisə

Qazaxda 33 yaşlı kişi bıçaqlanıb.

TodayPress TV Oxu.az-a istinadla xəbər verir ki, hadisə rayonun Yuxarı Salahlı kəndində qeydə alınıb.

Belə ki, kənd sakini, 1993-cü il təvəllüdlü Xanlar Vəkilov mübahisə zəminində bıçaqlanıb. O, xəstəxanaya yerləşdirilib, vəziyyəti orta ağır qiymətləndirilir.

Hadisəni törətməkdə şübhəli bilinən isə məktəblidir.

Məlumata görə, hadisə söyüşə görə baş verib. X.Vəkilov orta məktəb şagirdini söyüb. Şagird də həmin gün axşam saatlarında evdən götürdüyü bıçaqla X.Vəkilova zərbələr endirib.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, hadisə nəticəsində bıçaqlanan şəxs Azərbaycanın mərhum xalq şairi Səməd Vurğunun əmisi nəvəsidir.

TodayPress TV 

XƏBƏR LENTİ
04 NOYABR 2026
Bütün Xəbərlər