Xəzər dənizinin adı dəyişdirilsin - İranın Birinci vitse-prezidenti

Xəzər dənizinin adı dəyişdirilsin - İranın Birinci vitse-prezidenti
04.11.2026 11:06 Gündəm

Xəzər dənizinin adının yenidən nəzərdən keçirilməsini və hökumətin dənizin rəsmi adını "Kaspian" olaraq təsdiqləməsini təklif edirəm.

TodayPress TV xəbər verir ki, bunu İranın Birinci vitse-prezidenti Məhəmməd Rza Arif deyib.

Onun sözlərinə görə, Meteorologiya Təşkilatı bu yaxınlarda televiziyada yayımlanan xəritədə “Kaspian dənizi” adını istifadə edib.

Arif bildirib ki, “Xəzər” adı ilə bağlı iki fikir var və onlardan biri bu ada qəti şəkildə qarşı çıxır. Onun sözlərinə görə, bəzi qeyri-iranlı tədqiqatçılar da Tehranın niyə “Kaspian” əvəzinə “Xəzər” adını istifadə etdiyini soruşurlar.


TodayPress TV 

XƏBƏR LENTİ
04 NOYABR 2026
Bütün Xəbərlər