Britaniya silahlarını ruslara qarşı çevirdi
Ukraynada mümkün atəşkəsdən sonra Avropa hərbçilərinin yerləşdirilməsi planı Moskva ilə Qərb arasında yeni fikir ayrılığına səbəb olub.
TodayPress TV “Global Strategy” “X” kanalına istinadən xəbər verir ki, Ukraynada yerləşdiriləcək Britaniya hərbçilərinə Rusiya qüvvələrinin hücumlarına cavab atəşi açmağa icazə veriləcəyi bildirilir.
“Şübhəsiz ki, qüvvələrimizi istənilən təcavüzdən qoruyacağıq”, – Qərb rəsmisi Britaniya və Fransanın rəhbərlik edəcəyi planlaşdırılan sabitləşdirmə qüvvələrindən danışarkən bildirib.
Qüvvələr yalnız atəşkəs əldə edildikdən sonra və Kiyevin müraciəti əsasında Ukraynada yerləşdiriləcək. Onlar NATO-dan kənar fəaliyyət göstərəcək və bildirilir ki, “Starlink” kimi ABŞ sistemlərindən istifadə etməyəcəklər.
Noyabrın 9-dan etibarən 11 ölkədən təxminən 2 800 hərbçi, o cümlədən 300 britaniyalı əsgər Polşada yerləşdirilmə əməliyyatının məşqlərinə başlayacaq.
Bir neçə saat sonra Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ukraynada beynəlxalq sabitləşdirmə qüvvələrinin yerləşdirilməsi ideyasını rədd edib:
“Onlar nəyi sabitləşdirəcəklər?”
Moskva Ukraynada Avropa hərbçilərinin yerləşdirilməsinə heç vaxt razılıq verərmi?
Zəhra Məmmədova