Həbsdəki sabiq icra başçısının hakim qızı ilə bağlı yeni qərar verildi

Həbsdəki sabiq icra başçısının hakim qızı ilə bağlı yeni qərar verildi
04.11.2026 10:46 Sosial

Hazırda həbsdə olan Balakən Rayon İcra Hakimiyyətinin sabiq başçısı İslam Rzayevin qızı Fəridə Rzayeva yenidən hakim vəzifəsinə təyin edilib.

TodayPress TV xəbər verir ki, Gununsesi.info-nun araşdırması zamanı məlum olub ki, Prezident İlham Əliyev bugünlərdə birinci instansiya məhkəmələrinin hakimlərinin təyin edilməsi ilə bağlı sərəncamında Fəridə İslam qızı Rzayevanın Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin yenidən hakimi təyin olunması əks olunub.

Qeyd edək ki,İslam Rzayev DTX tərəfindən keçirilən əməliyyat nəticəsində saxlanılıb və barəsində cinayət işi başlanıb.

Hazırda onunla bağlı istintaq hərəkətləri davam etdirilir.

TodayPress TV


XƏBƏR LENTİ
04 NOYABR 2026
Bütün Xəbərlər