Bu xəstəxananın vəzifəli şəxsi 125 min manat mənimsədi...

Bu xəstəxananın vəzifəli şəxsi 125 min manat mənimsədi...
04.11.2026 10:28 Sosial

Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının vəzifəli şəxsi külli miqdarda mənimsəmədə ittiham edilir.

TodayPress TV Apa-ya istinadla xəbər verir ki, “Kürdəmir Rayon Mərkəzi Xəstəxanası” PHŞ-də Maliyyə şöbəsinin Hesabatlıq bölməsinin hesabatlıq üzrə mütəxəssisi Vüqar Hüseynova Cinayət Məcəlləsiin 179.3.2, 308.2, 313-cü maddələri ilə ittiham irəli sürülüb.

İttihama görə, təqsirləndirilən Vüqar Hüseynov işlədiyi dövr ərzində 125 min manatdan çox vəsaiti mənimsəyib.

Onun istintaq dövründə ziyanın 45 min manatını ödədiyi bildirilir.

İstintaq dövründə onun barəsində “polis nəzarəti altına vermə” qətimkan tədbiri seçilib.

İş üzrə zərərçəkmiş şəxs qismində TƏBİB tanınıb.

TodayPress TV 

XƏBƏR LENTİ
04 NOYABR 2026
Bütün Xəbərlər