“Amerika İranı bir daha aldatdı” — Sabiq səfir DANIŞDI

Təhlil

28.02.2026 14:47

“Amerika bir daha İranı aldadaraq İsraillə danışıqların ortasında İrana hücum etdi”. 

İranın Azərbaycandakı keçmiş səfiri, politoloq Əfşar Süleymani bunu TodayPress TV-yə açıqlamasında deyib.


Onun sözlərinə görə, uzunmüddətli müharibə ehtimalı yüksəkdir:

“Amerika və İsrail İranda rejim dəyişikliyinə çalışdıqlarını açıqladılar. İran İslam Respublikasının xarici və daxili arenalardakı bütün davranışlarını bəyənməsəm və onları həmişə tənqid etsəm də, inanıram ki, İranda hər hansı bir dəyişiklik İran xalqı tərəfindən dinc bir atmosferdə edilməlidir”. 

Sabiq səfir Amerika və İsrailin rejim dəyişikliyi məqsədlərinə çata biləcəklərini düşünmür:

“İran mütləq Amerikanın bu təcavüzünə bütün daxili və regional imkanları ilə cavab verir və verəcək”.

Qeyd edək ki, fevralın 28-də İsrailin müdafiə naziri İsrael Katz ölkəsinin İrana qarşı qabaqlayıcı zərbə endirdiyini açıqlayıb. Bildirilib ki, ABŞ də əməliyyatda iştirak edir. ABŞ Prezidenti Donald Tramp “Truth Social” sosial şəbəkəsində zərbələri İranın nüvə ambisiyalarından imtina etməməsi səbəbindən “tükənmiş səbrin” nəticəsi kimi izah edib.

Qiymət Mahir

TodayPress TV

tag: Əfşar Süleymani,Politoloq,Keçmiş səfir,ABŞ,İran,Todaypress.tv,