ABŞ-İran xəttində gecə qanlı toqquşmalar baş verib - Təfərrüat

Təhlil

08.05.2026 12:11

ABŞ-nin bu gecə İrana endirdiyi zərbələrin hədəfləri və məqsədi ilə bağlı yeni məlumatlar yayılıb.

TodayPress TV xəbər verir ki, “The Wall Street Journal” ABŞ rəsmilərinə istinadən hücumların İranın pilotsuz aparat buraxılış məntəqələrini, sahil müdafiə raket sistemlərini və radar qurğularını hədəf aldığını yazıb.

Məlumata görə, zərbələr Qeşm adası, Bəndər-Abbas, Garuk və Hörmüz boğazı boyunca yerləşən digər obyektlərə endirilib. ABŞ tərəfi əməliyyatı “müdafiə xarakterli” adlandırıb. Nəşrin məlumatına görə, amerikalı rəsmilər İranın məhz həmin ərazilərdən ABŞ hərbi gəmilərinə qarşı raket, dron və sürətli kater hücumları həyata keçirdiyini və yeni hücumlara hazırlaşdığını bildirib. Bu səbəbdən əməliyyat “qabaqlayıcı müdafiə tədbiri” kimi təqdim olunub.

Seçilən hədəflər ABŞ-nin İranın gələcəkdə Hörmüz boğazında ABŞ hərbi və ticarət gəmilərinə təhdid yaratmaq imkanlarını zəiflətmək

məqsədini ortaya qoyur. Bildirilir ki, ABŞ esminesləri bu gecə Hörmüz əməliyyatları üçün lazım ola biləcək təhlükəsiz marşrutların yaradılması məqsədilə İranın hərbi infrastrukturu əvvəlcədən sıradan çıxarılır. Əsas sual isə diplomatik prosesin davam edib-etməyəcəyidir. Əks halda, ABŞ-nin yeni müşayiətli dəniz karvanları üçün zəmin hazırladığı ehtimal olunur.

ABŞ naviqasiya azadlığını bərpa edərək qlobal liderliyini qorumağa çalışır, İran üçün isə bu, ən böyük strateji “kozır”ının – yəni boğaz üzərindəki mütləq hakimiyyətinin zəifləməsi deməkdir. Hadisələrin sonrakı axışı tərəflərin səhv hesablama edib-etməyəcəyindən və Rusiya-Çin kimi aktorların prosesə nə dərəcədə müdaxilə edəcəyindən asılı olacaq. Əgər tərəflər masa arxasına qayıda bilməsələr, Hörmüz boğazı uğrunda uzunmüddətli və riskli bir dəniz qarşıdurması qaçılmaz ola bilər.

Qiymət Mahir

TodayPress TV

tag: ABŞ,İran,Toqquşma,Qeşm adası,Bəndər-Abbas,Garuk,Hörmüz,Todaypress.tv,