5 sentlik sikkə hərracda MİLYONLARA SATILDI

5 sentlik sikkə hərracda MİLYONLARA SATILDI
14.10.2026 05:20 Dünya

ABŞ-də Corc Vaşinqtonun prezidentliyi dövründə zərbxanada ilk buraxılan sikkələrdən biri olan 5 sentlik nümunə hərracda 2,93 milyon dollara satılıb.

TodayPress TV xəbər verir ki, bu barədə “Heritage Auctions” hərrac evi məlumat yayıb.

Bildirilib ki, 1792-ci ilə aid sikkə hərrac zamanı 66 təklif alaraq rekord qiymətə — 2,928 milyon dollara satılıb. Sikkə Ronald Firmanın kolleksiyasına daxil olub.

Hərrac oktyabrın 8-9-da keçirilib. Sikkə ABŞ numizmatika tarixinin ən mühüm nümunələrindən biri hesab olunur.

Aysel Mətləb

XƏBƏR LENTİ
14 OKTYABR 2026
Bütün Xəbərlər