Ağ Ev qarışdı: Yeni mətbuat katibi 14 dəqiqədə üç suala cavab verdi

Ağ Ev qarışdı: Yeni mətbuat katibi 14 dəqiqədə üç suala cavab verdi
14.10.2026 06:10 Dünya

Ağ Evin yeni mətbuat katibi Keti Zakariyanın oktyabrın 13-də keçirdiyi ilk brifinq administrasiya əməkdaşlarının bir qismində narahatlıq doğurub.

TodayPress TV xəbər verir ki, bu barədə CNN mənbələrinə istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, Zakariyanın brifinqi 14 dəqiqə davam edib və o, bu müddətdə cəmi üç suala cavab verib.

Ağ Ev rəsmiləri ilk çıxışından sonra yeni mətbuat katibinin vəzifəsində nə qədər qala biləcəyini müzakirə edirlər. Onların fikrincə, Zakariyanın ilk brifinqi ABŞ Prezidenti Donald Trampı çətin ki, qane etmiş olsun.

Ağ Ev nümayəndələrinin bir qismi onun işə başlamasının ikinci günündə lazımi hazırlıq keçmədən brifinqə buraxılmasına təəccübləndiklərini bildiriblər.

Qeyd edək ki, Ağ Evin əvvəlki mətbuat katibi Kerolayn Levitt avqust ayında vəzifəsini tərk edib.

Aysel Mətləb

XƏBƏR LENTİ
14 OKTYABR 2026
Bütün Xəbərlər