Ukrayna Aİ-yə üzvlük yolunda daha iki qapını açdı
Ukrayna Avropa İttifaqına üzvlük yolunda daha iki danışıqlar klasterini açıb.
TodayPress TV xəbər verir ki, bu barədə xarici media məlumat yayıb.
Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, ölkənin Aİ-yə üzvlük prosesi çərçivəsində 2 və 3 nömrəli danışıqlar klasterləri açılıb.
O, Avropa İttifaqının rəhbərliyinə və üzv ölkələrə dəstəklərinə görə təşəkkür edib. Zelenski ilin sonunadək qalan iki klasterin də açılmasına çağırış edib. Bununla da danışıqların altı istiqamətinin hamısının işə salınması nəzərdə tutulur.
“Birlikdə biz daha güclü Avropayıq. Ukrayna buna layiqdir”, – deyə Zelenski vurğulayıb.
Kübra Musayeva