Orbanın LGBT qadağasına son qoyuldu

Orbanın LGBT qadağasına son qoyuldu
14.10.2026 03:42 Dünya

Macarıstan parlamenti uşaqlar üçün nəzərdə tutulan materiallarda seksual və gender müxtəlifliyinin təsvirinə qoyulan məhdudiyyətlərin ləğvinə səs verib.

TodayPress TV xəbər verir ki, 2021-ci ildə Viktor Orbanın hakimiyyəti dövründə qəbul edilən məhdudiyyətlərin aradan qaldırılmasını nəzərdə tutan qanun layihəsini 139 deputat dəstəkləyib, 51 deputat isə əleyhinə səs verib.

Yeni qaydalar əvvəlki qadağanı yetkinlik yaşına çatmayanların fiziki, intellektual, emosional və ya mənəvi inkişafına ciddi zərər verə biləcək materiallardan qorunması müddəası ilə əvəz edir.

Macarıstanın baş naziri Peter Magyar bildirib ki, dəyişikliklər ölkənin qanunvericiliyini Avropa İttifaqının normalarına uyğunlaşdıracaq.

Kübra Musayeva

XƏBƏR LENTİ
14 OKTYABR 2026
Bütün Xəbərlər