Şuşada bayram konserti və atəşfəşanlıq

Şuşada bayram konserti və atəşfəşanlıq
10.11.2026 03:58 Sosial

Şuşada 8 Noyabr – Zəfər Günü və Şuşa Şəhər Gününə həsr olunmuş geniş konsert proqramı təqdim edilib.

TodayPress TV xəbər verir ki, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin təşkilatçılığı və Qarabağ Universitetinin dəstəyi ilə keçirilən tədbirdə Azərbaycanın Dövlət Himni səslənib, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Qarabağ Universitetinin İncəsənət fakültəsinin müəllim və tələbələrinin təqdim etdiyi vətənpərvərlik ruhlu konsert proqramı Şuşa şəhər sakinlərinin bayram sevincini daha da artırıb.

Konsert proqramından sonra Şuşa səmasında atəşfəşanlıq olub.

TodayPress TV

XƏBƏR LENTİ
21 NOYABR 2026
Bütün Xəbərlər