Sosial islahat paketi 3 milyon insana şamil olunacaq
Növbəti sosial islahat paketi 3 milyon insanı əhatə edir.
TodayPress TV xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.
Bildirilib ki, əməkhaqqı, pensiya, müavinət və təqaüdlərin artırılması üçün illik əlavə olaraq 1,4 milyard manat ayrılıb.
Qeyd edək ki, Prezident İlham Əliyevin imzaladığı yeni Fərman bu ilin əvvəlindən reallaşdırılan növbəti, 2018-ci ildən ötən dövrdə isə 5-ci sosial islahat paketi çərçivəsində şəhid ailələri, əlilliyi olan şəxslər, beşdən çox uşağı olan qadınlar, aztəminatlı ailələr və digər kateqoriyalara yönələn müavinət və təqaüdlərin də artırılmasını təmin edir.