Ramiz Mehdiyev işinə görə adı yayılan Eldar Namazov: Konfransdayam, sonra baxarıq...

Ramiz Mehdiyev işinə görə adı yayılan Eldar Namazov: Konfransdayam, sonra baxarıq...
15.09.2026 14:33 Sosial

Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev və onun keçmiş köməkçisi Eldar Əmirovun cinayət işinin məhkəməyə göndərilməsi barədə məlumat vermişdik.

“Gününsəsi.info”nun yaydığı məlumata görə, cinayət işinin istintaqı zamanı şahid qismində dindirilən şəxslərin kimliyi məlum olub.

İddiaya görə, Ramiz Mehdiyevin Prezident Administrasiyasına rəhbərlik etdiyi dövrdə Prezident katibliyinin rəisi olmuş, politoloq Eldar Namazov, Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu və “Bakı Stil Company” zavodunun sahibi Rasim Məmmədov istintaq çərçivəsində şahid qismində dindirilib.

TodayPress TV iddialarla bağlı adı çəkilən Eldar Namazovla əlaqə saxlayıb.

Eldar Namazov beynəlxalq konfransda iştirak etdiyini bildirdirərək suallarımızı cavablandırmaqdan imtina etdi. Cavab almaq üçün israr etsək də, daha sonra əlaqə saxlamalı olduğumuzu bildirdi.

Qiymət Mahir

TodayPress TV

XƏBƏR LENTİ
16 SENTYABR 2026
Bütün Xəbərlər