Qarabağ döyüşlərinin iştirakçısı olan hərbi pilot vəfat etdi
Azərbaycan Hərbi Hava Qüvvələri və Havadan Müdafiə Qoşunları komandanının sabiq müavini, hərbi pilot Aleksandr Pleşa vəfat edib.
TodayPress TV xəbər verir ki, o, gecə Şəmkir rayonunda dünyasını dəyişib.
Qeyd edək ki, Aleksandr Pleşa 1992-ci ildə Rusiya ordusundan könüllü şəkildə ayrılaraq Azərbaycan Milli Ordusunun sıralarına qoşulub. O, Şəmkir aerodromunda yerləşən 882-ci Aviasiya Alayında komandir müavini vəzifəsində xidmət edib.
Daha sonra A.Pleşa Azərbaycan Müdafiə Nazirliyində Hərbi Hava Qüvvələri və Havadan Müdafiə Qoşunları komandanının müavini vəzifəsinə təyin olunub.
Hərbi pilot kimi xidmət etdiyi dövrdə Aleksandr Pleşa Qarabağ istiqamətində gedən döyüşlərdə iştirak edib, göstərdiyi cəsarət və əzmlə seçilib.
Türkan İsgəndərli