Piyadalara üztanıma vasitəsilə cərimə yazılır? - RƏSMİ AÇIQLAMA - VİDEO

Piyadalara üztanıma vasitəsilə cərimə yazılır? - RƏSMİ AÇIQLAMA - VİDEO
24.09.2026 13:34 Sosial

Bakıda sürücülük təlimi keçən şəxslərdən biri piyada keçidindən keçməyən piyadaların üztanıma vasitəsilə müəyyən edilərək cərimələndiyini iddia edib.

TodayPress TV Oxu.Az-a istinadən xəbər verir ki, bununla bağlı videogörüntü sosial şəbəkələrdə yayımlanıb.

Özünü sürücülük təlimçisi kimi təqdim edən şəxs iddia edib ki, Xırdalanda da bütün Təhlükəsiz Şəhər Kameraları (TŞK) vasitəsilə yolu düzgün keçməyən piyadalara SİMA tətbiqi üzərindən cərimə yazılır.

Oxu.Az-ın sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat təkzib olunub. Bildirilib ki, bu iddianın heç bir əsası yoxdur.

TodayPress TV

XƏBƏR LENTİ
24 SENTYABR 2026
Bütün Xəbərlər