Ötən gün axtarışda olan 159 nəfər saxlanılıb

Ötən gün axtarışda olan 159 nəfər saxlanılıb
19.09.2026 15:29 Sosial

Ötən gün axtarışda olduğuna görə ümumilikdə 159 nəfər saxlanılıb.

Bu barədə TodayPress TV-yə  Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, o cümlədən borclu şəxs qismində axtarışda olan 138 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Polis əməkdaşlarının sentyabrın 18-də keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 7 nəfər saxlanılaraq istintaqa təhvil verilib.

XƏBƏR LENTİ
19 SENTYABR 2026
Bütün Xəbərlər