Milyonluq mülkləri ilə gündəm olan sabiq deputat işdən çıxarıldı

Milyonluq mülkləri ilə gündəm olan sabiq deputat işdən çıxarıldı
13.11.2026 11:32 Sosial

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədr müavini Qəzənfər İsmayıl oğlu Abdullayev vəzifəsindən azad edilib.

TodayPress TV Unikal-a istinadən xəbər verir ki, bu barədə müvafiq qərar qəbul edilib.

Qeyd edək ki, Q.Abdullayev 28 sentyabr 2023-cü ildə AHİK-in sədr müavini seçilmişdi.

Xatırladaq ki, bir müddət əvvəl Qəzənfər Abdullayevin mülkləri ilə bağlı mətbuatda məlumat yayılmışdı. Bundan sonra o, Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının sədri vəzifəsindən azad edilib, həmçinin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı mandatından məhrum olunub.

TodayPress TV

XƏBƏR LENTİ
21 NOYABR 2026
Bütün Xəbərlər