Məşhur jurnalist işdən çıxarılır

Məşhur jurnalist işdən çıxarılır
01.10.2026 10:20 Sosial

ARB TV-də “Kriminal” verilişinin aparıcısı Ceyhun Həmidov kanaldan ayrılacağını açıqlayıb.

TodayPress TV  xəbər verir ki, o, sosial şəbəkə hesabında paylaşdığı açıqlamada qərarın öz istəyi ilə qəbul edilmədiyini bildirib.

Onun  sözlərinə görə, rəhbərlik bu barədə ona sentyabrın əvvəlində, məzuniyyətdən qayıtdıqdan sonra məlumat verib.

Ceyhun Həmidov ayrılma səbəbi kimi ona “vəzifə ixtisarı və kanalın strukturunun dəyişdirilməsi”nin göstərildiyini qeyd edib.

Jurnalist bildirib ki, hazırda ARB TV-də fəaliyyətini davam etdirir, çəkilişlər gedir və yeni mövsüm üçün buraxılışlar hazırlanır.

O, kanalda 20 ilə yaxın çalışdığını və ayrılma qərarının onun üçün ağır olduğunu vurğulayıb.

Ceyhun Həmidov bundan sonra ARB TV-də idarəetmə və baş verən proseslərlə bağlı daha ətraflı danışacağını da açıqlayıb.

XƏBƏR LENTİ
01 OKTYABR 2026
Bütün Xəbərlər