İkinci əl maşın almaq istəyənlərə şad xəbər - VİDEO

İkinci əl maşın almaq istəyənlərə şad xəbər - VİDEO
10.11.2026 05:17 Sosial

Rəsmi dilerlər tərəfindən satılan bəzi ikinci əl avtomobillərin qiymətləri ucuzlaşa bilər. Buna səbəb həmin avtomobillərin satışına tətbiq edilən əlavə dəyər vergisinin (ƏDV) hesablanması qaydasının dəyişdirilməsinin təklif olunmasıdır.

TodayPress TV "Xəzər" TV-yə istinadən xəbər verir ki, Milli Məclisdə müzakirə edilən yeni layihəyə əsasən, ƏDV-nin yalnız ticarət əlavəsindən hesablanması nəzərdə tutulur.

Millət vəkili Vüqar Bayramov bildirib ki, layihəyə əsasən, güzəşt rəsmi dilerlərin nağdsız qaydada əldə etdiyi və istehsal tarixindən beş ildən çox keçməyən ikinci əl avtomobillərin satışına şamil olunacaq.

Layihədə qeyd olunan üç il isə vergi güzəştinin tətbiq müddətidir. Vüqar Bayramov hesab edir ki, bu güzəşt alıcılar üçün daha sərfəli təkliflərin yaranmasına imkan verəcək:

"Bu o deməkdir ki, yeni ildən etibarən ikinci əl avtomobillərlə bağlı nəzərdə tutulan dəyişiklik qüvvəyə minəcək. Vergi güzəştinin üç il müddətinə tətbiq edilməsi avtomobillərin satış xərclərinin azalmasına səbəb ola bilər. Bu da öz növbəsində həmin avtomobillərin alıcılara daha aşağı qiymətə təklif olunması ilə nəticələnə bilər".

TodayPress TV

XƏBƏR LENTİ
21 NOYABR 2026
Bütün Xəbərlər