Həkim qəbuluna onlayn növbə üçün ödəniş tələb olunur? - RƏSMİ
TƏBİB-in tabeliyində fəaliyyət göstərən tibb müəssisələrində həkim qəbuluna onlayn növbənin əldə edilməsi üçün hər hansı ödəniş tələb olunmur.
Bu barədə TƏBİB-dən TodayPress TV-nin sorğusuna cavab olaraq bildirilib.
Məlumata görə, onlayn növbə yalnız “mygov” mobil tətbiqi vasitəsilə əldə edilə bilər.
Vətəndaşlardan qeyri-rəsmi platformalardan və digər vasitələrdən istifadə etməmələri xahiş olunub.
Qeyd edək ki, bir sıra mediada həkim qəbuluna onlayn növbə əldə edilərkən ödəniş tələb olunması ilə bağlı xəbərlər yayılmışdı.