Bu metrolar ödənişsiz olacaq - TARİX

Bu metrolar ödənişsiz olacaq -  TARİX
22.09.2026 16:00 Sosial

"Bakı Metropoliteni" QSC və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) birgə məlumatına əsasən, xətlərin ayrılması layihəsi ilə əlaqədar sərnişinlər üçün əlavə hərəkət imkanlarının yaradılması və nəqliyyat axınlarının daha səmərəli təşkili məqsədilə 23.09.2026-cı il tarixindən "Xocəsən" və "Avtovağzal" stansiyalarına giriş müvəqqəti müddət üçün ödənişsiz olacaq.

TodayPress TV  bu barədə "Bakı Metropoliteni"nə istinadən xəbər verir.

Məlumata görə, bu imkanla  Sumqayıt, Xırdalan şəhərləri, Bakı–Şamaxı yolu istiqamətində yerləşən yaşayış məntəqələri, eləcə də Abşeron və Qaradağ rayonları nın bir sıra ərazilərindən gələn sərnişinlərin "Şamaxinka" və "20 Yanvar" ərazilərinə daxil olmadan metrodan istifadəsi asanlaşacaq.

Beləliklə, qeyd olunan istiqamətlərdən gələn sərnişinlər "Xocəsən" və "Avtovağzal" stansiyalarından daxil olaraq  "8 Noyabr", "Dərnəgül", "Azadlıq prospekti", "Nəsimi", "Memar Əcəmi", "20 Yanvar", "İnşaatçılar", "Elmlər Akademiyası" və "Nizami"* stansiyalarına qədər ödənişsiz hərəkət edə biləcəklər.

Nəqliyyatın mərkəzləşdirilmiş idarə olunması çərçivəsində aparılmış monitorinqlər və sosial-iqtisadi təhlillər əsasında müəyyən edilmiş zəruri istiqamətlər üzrə bir sıra avtobus marşrutlarının birbaşa "Xocəsən" və "Avtovağzal" stansiyalarına yönləndirilməsi nəzərdə tutulur. 

Görülən tədbirlər Yaşıl və Bənövşəyi xətlərlə Qırmızı xətt arasında daha rahat və alternativ hərəkət imkanlarının yaradılmasına, sərnişinlərin vaxt və maliyyə itkisinin azaldılmasına xidmət edəcək.

Bununla da xətlərin ayrılması layihəsinin icrası müddətində sərnişin axınlarının daha səmərəli bölüşdürülməsi, şəhərin giriş istiqamətlərində ictimai nəqliyyatın hərəkətinin optimallaşdırılması və sərnişinlər üçün alternativ marşrutların genişləndirilməsi təmin olunacaq.

XƏBƏR LENTİ
22 SENTYABR 2026
Bütün Xəbərlər