“Böyük Qayıdış” davam edir: Daha 333 nəfər doğma yurduna qovuşdu

“Böyük Qayıdış” davam edir: Daha 333 nəfər doğma yurduna qovuşdu
17.11.2026 09:02 Sosial

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə "Böyük Qayıdış" davam etdirilir.

TodayPress TV xəbər verir ki, bu mərhələdə Xocavənd şəhərinə 36 ailə - 140 nəfər, rayonun Quzeyxırman kəndinə 12 ailə - 45 nəfər, Cəbrayılın Soltanlı kəndinə 17 ailə - 74 nəfər, Zəngilanın Cahangirbəyli kəndinə isə 18 ailə - 74 nəfər köçürülüb.

Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.

Qeyd edək ki, köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

TodayPress TV 

XƏBƏR LENTİ
21 NOYABR 2026
Bütün Xəbərlər