Bakıda bəzi yollarda hərəkət məhdudlaşdırılacaq

Bakıda bəzi yollarda hərəkət məhdudlaşdırılacaq
03.10.2026 14:27 Sosial

Bakı şəhəri və onun ətrafındakı qəsəbələrdə mövcud olan bir neçə yolötürücüsündə instrumental müayinə tədbirlərinin həyata keçirilməsinin davamı nəzərdə tutulub.

TodayPress TV xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.

Müayinə işlərinin aşağıdakı tarix və məkanlarda aparılması planlaşdırılır: 4 oktyabr - Ziya Bünyadov prospekti, "Çermet" yolötürücüsü, 10 oktyabr - M-1 Bakı-Quba-Rusiya Federasiyası dövlət sərhədi avtomobil yolunun 10-cu kilometri (Ekologiya postu), 11 oktyabr - M-1 Bakı-Quba-Rusiya Federasiyası dövlət sərhədi avtomobil yolu (Bakı Beynəlxalq Avtovağzal Kompleksinin qarşısı).

Verilən məlumata görə, müayinə tədbirləri qeyd olunan tarixlərdə gecə saat 1:00-dan 5:00-dək icra ediləcək.

"Bu müayinələr körpü və yolötürücülərinin etibarlı istismarının təmin olunmasına, ehtimal edilən risklərin vaxtında aşkar edilməsinə və yol hərəkəti təhlükəsizliyinin gücləndirilməsinə yönəlib", - AAYDA bildirib.

TodayPress TV

XƏBƏR LENTİ
03 OKTYABR 2026
Bütün Xəbərlər