Azərbaycanlı həkim yüksək vəzifəyə təyin olundu - FOTO

Azərbaycanlı həkim yüksək vəzifəyə təyin olundu - FOTO
06.11.2026 13:16 Sosial

Azərbaycanlı həkim Elnur İmanov Qırğızıstanda yeni vəzifəyə təyin olunub.

TodayPress TV xəbər verir ki, Sumqayıt Tibb Mərkəzinin nəzdində fəaliyyət göstərən Uşaq Xəstəxanasının həkim-kardioloqu, tibb üzrə fəlsəfə doktoru Elnur İmanov Qırğız Respublikasının səhiyyə nazirinin ictimai əsaslarla fəaliyyət göstərən müşaviri təyin edilib.

Bununla yanaşı, E.İmanov Oş şəhərində yerləşən tibb universitetində və Həkimlərin Təkmilləşdirilməsi İnstitutunda uşaq kardiologiyası üzrə müəllim vəzifəsinə də təyin olunub.

TodayPress TV


XƏBƏR LENTİ
21 NOYABR 2026
Bütün Xəbərlər