Azərbaycanın Milli Qəhrəmanı torpağa tapşırıldı - FOTO

Azərbaycanın Milli Qəhrəmanı torpağa tapşırıldı - FOTO
16.11.2026 14:59 Sosial

Azərbaycanın Milli Qəhrəmanı Ehtiram Əliyev Hərbi Memorial Məzarlıqda dəfn edilib.

TodayPress TV APA-ya istinadən xəbər verir ki, dəfn mərasimində Prezident yanında Təhlükəsizlik Şurası katibinin müavini Mədət Quliyev, Müdafiə Nazirliyinin əməkdaşları, mərhumun ailə üzvləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, Ehtiram Əliyev noyabrın 15-də müalicə aldığı xəstəxanada vəfat edib.

O, 1972-ci il avqustun 1-də Ucar rayonunun Qazyan kəndində anadan olub. Sədərək və Batabat istiqamətlərində gedən döyüşlərdə, eləcə də Ağdam, Füzuli, Tərtər və Cəbrayıl istiqamətlərində aparılan hərbi əməliyyatlarda iştirak edib.

1994-cü ilin yanvarında döyüşlərin birində yaralanan Ehtiram Əliyev müalicə olunduqdan sonra yenidən cəbhəyə qayıdıb. 1995-ci ildə Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi uğrunda göstərdiyi igidliyə görə ona “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib.

FOTOLAR

Azərbaycanın Milli Qəhrəmanı torpağa tapşırıldı - FOTO — 1
Azərbaycanın Milli Qəhrəmanı torpağa tapşırıldı - FOTO — 2
Azərbaycanın Milli Qəhrəmanı torpağa tapşırıldı - FOTO — 3
Azərbaycanın Milli Qəhrəmanı torpağa tapşırıldı - FOTO — 4
Azərbaycanın Milli Qəhrəmanı torpağa tapşırıldı - FOTO — 5
XƏBƏR LENTİ
21 NOYABR 2026
Bütün Xəbərlər