Orbitdə texnoloji ilk: Çin kosmosda lazerlə kəsimə nail oldu

Orbitdə texnoloji ilk: Çin kosmosda lazerlə kəsimə nail oldu
06.11.2026 10:30 Dünya

Çin orbitdə dünyada ilkə imza atan lazer kəsmə texnologiyasını sınaqdan keçirib.

TodayPress TV xəbər verir ki, bu barədə  “South China Morning Post” məlumat yayıb.

Çinli tədqiqatçılar “Tiangong” kosmik stansiyasının xarici hissəsinə quraşdırılmış lazer cihazını məsafədən idarə edərək orbitdə millimetr ölçüsündə kəsimlər həyata keçiriblər. 

Çoxoxlu mövqeləndirmə mexanizmi və təkmil görüntüləmə sistemi materialları mikrometr dəqiqliyi ilə müəyyən etməyə, mövqeləndirməyə və kəsməyə imkan verir.

Sistem tullantı materialları da toplayaraq təkrar istifadə üçün yararlı vəziyyətə gətirə bilir. Avtomatlaşdırılmış təmir işləri isə “Tiangong” stansiyasının istismar müddətini uzatmağa kömək edə bilər.

Texnologiya kosmosun ekstremal şəraitində işləməyin ciddi çətinliklərinə baxmayaraq, millimetr səviyyəsində mövqeləndirmə və mikrometr dəqiqliyində kəsim imkanını qoruyur.

Bu nailiyyət orbitdə yeni nəsil texniki xidmət sistemlərinin yaradılması üçün zəmin formalaşdırır.

Zəhra Məmmədova

XƏBƏR LENTİ
06 NOYABR 2026
Bütün Xəbərlər