Azərbaycanda ov mövsümü başladı
Oktyabrın 10-dan etibarən Azərbaycanda ov mövsümü açıq elan edilib.
TodayPress TV xəbər verir ki, bu barədə qərar Ov Məsələləri üzrə Koordinasiya Şurasının iclasında qəbul olunub.
Ov etmək istəyən vətəndaşlar ovlanmasına icazə verilən vəhşi heyvan və quşların ovlanma müddətləri, eləcə də ov normaları barədə məlumatları Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi internet səhifəsinin “Elanlar” bölməsindən əldə edə bilərlər.
ov mövsümü
Ov Məsələləri üzrə Koordinasiya Şuras
Ekologiya və Təbii Sərvətlər Nazirliyi
Todaypress.tv