Rusiya təkzib etsə də, Aİ inanmır: Sibirdəki taun şübhəsi ilə bağlı fövqəladə iclas

Rusiya təkzib etsə də, Aİ inanmır: Sibirdəki taun şübhəsi ilə bağlı fövqəladə iclas
10.10.2026 07:50 Dünya

Avropa İttifaqı (Aİ) dövlətlərinin nümayəndələri Sibirdə ağciyər taununun ehtimal olunan yayılmasını müzakirə etməyi planlaşdırırlar.

TodayPress TV xəbər verir ki, Aİ ölkələri Rusiyanın ölkə daxilində və xaricdə artan narahatlığı azaltmaq səylərinə baxmayaraq, İrkutskdakı vəziyyət barədə daha dəqiq məlumat əldə etməyə çalışırlar.

Səhiyyə sahəsində sərhədlərarası məsələlərlə məşğul olan Sağlamlıq Təhlükəsizliyi Komitəsinin iclası Brüsseldə keçiriləcək. Görüş əvvəlcədən planlaşdırılsa da, gündəliyə son anda bu “fövqəladə” məsələ əlavə edilib.

Qeyd edək ki, böhran Rusiyanın cənub-şərqi Sibirdə yerləşən İrkutsk Taunla Mübarizə Elmi-Tədqiqat İnstitutunun laborantının ölümü barədə məlumatlardan sonra başlayıb. O, oktyabrın 2-də naməlum şəraitdə vəfat edib. Rəsmi olaraq onun ölümünün “naməlum mənşəli pnevmoniya” ilə əlaqəli olduğu bildirilib.

Aysel Mətləb

XƏBƏR LENTİ
10 OKTYABR 2026
Bütün Xəbərlər