AAYDA: Cəlilabadda 18 kilometrlik avtomobil yolu yenidən qurulur
Cəlilabadda 18 kilometrlik avtomobil yolu yenidən qurulur.
TodayPress TV bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) istinadən xəbər verir.
Məlumata görə, Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən, 7 mindən artıq sakinin yaşadığı 9 yaşayış məntəqəsini əhatə edən Sərhədabad–Əliabad–Zəhmətabad–Soltankənd avtomobil yolunda tikinti işləri davam edir. Yolun 2,3 km hissədə asfalt-beton örtüyü salınıb. Digər hissələrdə torpaq işləri və yol əsasının tikintisi aparılır.
Həmçinin 9 nöqtədə suötürücü borular quraşdırılır.
Layihənin tamamlanması ilə sakinlərin gediş-gəlişi rahatlaşacaq, nəqliyyat əlaqələri və hərəkət təhlükəsizliyi yaxşılaşacaq.