Tavan çökdü, 38 nəfər altında qaldı - Tequda dəhşət

Tavan çökdü, 38 nəfər altında qaldı - Tequda dəhşət
10.10.2026 10:36 Dünya

Cənubi Koreyanın Tequ şəhərində ticarət mərkəzinin tavanının bir hissəsinin çökməsi nəticəsində 38 nəfər xəsarət alıb.

TodayPress TV xəbər verir ki, “Yonhap”ın məlumatına görə, hadisə zamanı binada 66 nəfər olub. Hadisədən sonra insanlar təxliyə edilib.

Yaralananlardan 9-u xəstəxanaya yerləşdirilib. Onların vəziyyətinin yüngül olduğu və həyatları üçün təhlükə olmadığı bildirilir.

Səlahiyyətli qurumlar axtarış-xilasetmə işləri başa çatdıqdan sonra hadisənin səbəblərini araşdıracaqlar.

Jalə Rövşən 

XƏBƏR LENTİ
10 OKTYABR 2026
Bütün Xəbərlər