Din adı altında dövlətə qarşı üsyana qalxıblar - Cəmiyyəti dağıdanları ifşa etdilər...
“Dindən siyasi alət kimi istifadə edənlər sadə inanclı insanları da qurban verirlər”
TodayPress TV xəbər verir ki, bunu filologiya üzrə fəlsəfə doktoru Şəmil Sadıq sosial şəbəkədəki paylaşımında bildirib.
O qeyd edib ki, dindən siyasi məqsədlər üçün istifadə edilməsi səmimi dini inancını yaşamaq istəyən insanlara da mənfi təsir göstərir.
Onun sözlərinə görə, sosial şəbəkələrdə qərara qarşı səsləndirilən bəzi çağırışlar dövlətə qarşı itaətsizliyə və qarşıdurmaya təşviq xarakteri daşıyır.
O bildirib ki, hökumətin qərarını öz maraqlarına uyğun şərh edənlər insanları etirazlara və qarışıqlıq yaratmağa səsləyir, eyni zamanda bunu azadlıqların məhdudlaşdırılması kimi təqdim edirlər.
“Bu qərarın bir tərəfi də var: açıq-saçıq geyinib məktəbə gələn yeniyetmə və müəllimlərə də qadağa qoyulur. Bu məqamdan tutub sevinmək əvəzinə, dilimizə son 15-20 ildə pərçimlənən hicabdan danışırlar. Yəqin ki, bir azdan açıq-saçıq geyinənlər də etiraza başlayar”, – deyə o bildirib.
Filoloq əlavə edib ki, qərarın hələ çox gecikdiyini düşünür:
“Ha deyirsən, heç nəyə fikir bildirməyəcəksən, cəhaləti görəndə adam dinc dura bilmir. Sosial şəbəkələrdəki vəziyyəti görəndə düşünürsən ki, bu addım gec atılıb”.
Jalə Rövşən