Azərbaycanda 369 akkreditasiya attestatı qüvvədədir

Azərbaycanda 369 akkreditasiya attestatı qüvvədədir
13.11.2026 11:20 Sosial

Azərbaycanda sınaq və kalibrləmə laboratoriyaları, sertifikatlaşdırma qurumları və inspeksiya orqanları daxil olmaqla, ümumilikdə 369 akkreditasiya attestatı qüvvədədir.

TodayPress TV xəbər verir ki, bunu Azərbaycan Akkreditasiya Mərkəzinin direktoru Emin Zeynalov “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya, onun ictimai əhəmiyyəti və keyfiyyətin təmin olunmasında rolu” mövzusunda media nümayəndələri üçün keçirilən maarifləndirmə tədbirində çıxışı zamanı deyib.

O bildirib ki, akkreditasiya attestatlarının verilməsi qurumların fəaliyyətinin müəyyən edilmiş tələblərə uyğunluğunun və texniki səriştəliliyinin təsdiqi deməkdir.

E.Zeynalovun sözlərinə görə, bu proses bazarda keyfiyyətli və təhlükəsiz məhsul və xidmətlərin təşviqinə, sahibkarlıq subyektlərinin fəaliyyətinin stimullaşdırılmasına və sağlam rəqabət mühitinin formalaşmasına xidmət edir.

Direktor əlavə edib ki, Azərbaycan Akkreditasiya Mərkəzinin əsas məqsədi akkreditasiya sistemini beynəlxalq standartlara uyğun inkişaf etdirmək, uyğunluğun qiymətləndirilməsi qurumlarının səriştəliliyini təsdiqləmək və ölkədə keyfiyyət infrastrukturunu gücləndirməkdir.

Jalə Rövşən

XƏBƏR LENTİ
21 NOYABR 2026
Bütün Xəbərlər