Aylardır pulu kəsilən gənclə bağlı PƏRDƏARXASI GERÇƏK - Qərar dəyişdi!

Aylardır pulu kəsilən gənclə bağlı PƏRDƏARXASI GERÇƏK - Qərar dəyişdi!
25.09.2026 18:35 Sosial

Ucar rayon sakini Elman Əliyevin əlillik müddətinin başa çatması səbəbilə dayandırılan sosial ödənişləri bərpa edilib.

TodayPress TV xəbər verir ki, bu barədə Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyi məlumat yayıb.

Məlumata görə, 1997-ci il təvəllüdlü Elman Əliyevə müddətsiz, yəni ömürlük I dərəcə əlillik təyin edilib:

"Əliyev Elman Arif oğlunun II dərəcə əlillik müddəti bitsə də, əlillik müddətinin uzadılması üçün zəruri olan Forma 88 göndərişi elektron sistemə daxil edilməmişdi. Bu göndəriş olmadığı halda əlillik təyinatı aparmaq mümkün deyil.

Elman Əliyevlə bağlı mediadan məlumat əldə edən Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyi məsələni nəzarətə götürdü. Zəruri texniki prosedurların icrası üçün TƏBİB-lə əməkdaşlıq şəraitində birgə dəstək işləri aparıldı. Elman Əliyevə dair göndəriş müvafiq tibb müəssisəsi tərəfindən elektron sistemə daxil edildi.

Qısa müddətdə qiymətləndirmə aparılaraq ona, orqanizmin funksiyalarının 85% pozulmasına görə, yəni I dərəcə müddətsiz əlillik, habelə əlilliyə görə aylıq sosial ödənişlər təyin edildi"

Xatırladaq ki, Elman Əliyevin pensiyasının yanvar ayından kəsilməsi ilə bağlı məsələni daha əvvəl “Xəzər TV” gündəmə gətirib.

XƏBƏR LENTİ
26 SENTYABR 2026
Bütün Xəbərlər