Astarada avtomobil yeniyetməni vurdu

Astarada avtomobil yeniyetməni vurdu
12.09.2025 20:00 Sosial

Astarada piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

TodayPress TV-nin xəbərə görə, nəqliyyat vasitəsi Astara rayonunun Ərçivan qəsəbə sakini 2008-ci il təvəllüdlü Bibixanım Əliyevanı vurub.

Xəsarət alan piyada Astara rayon mərkəzi xəstəxanasına hospitalizasiya olunub. İlkin tibbi xidmət göstəriləndən sonra Lənkəran rayon mərkəzi xəstəxanasının təcili yardım şöbəsinə göndərilib və reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

TodayPress TV

XƏBƏR LENTİ
20 OKTYABR 2026
Bütün Xəbərlər