"Rusiya bununla Bakıya iki mesaj vermək istəyir" - Ramiz Yunus AÇIQLADI
Siyasət
18.11.2025 12:59
"Azərbaycanın Kiyevdəki səfirliyinin atəşə tutulması təsadüf kimi görünmür. Rusiya bununla Bakıya iki əsas mesajını vermək istəyir".
TodayPress TV xəbər verir ki, bunu Xəzər Universitetinin professoru Ramiz Yunus Azərbaycanın Kiyevdəki səfirliyinin atəşə tutulması ilə bağlı "AzPolitika"nın sualını cavablandırarkən bildirib.
"Birinci mesaj budur ki, “Ukraynada aktiv olmayın”. Azərbaycanın Ukraynaya humanitar və enerji dəstəyi, eləcə də Kiyevlə yaxın təmasları Moskvanı narahat edir. İkincisi, “regiondakı geosiyasi balansı bizsiz qurmayın”. Bakı son illər Ankara, Qərb və Kiyevlə əlaqələri gücləndirir. Rusiya bunu öz təsir zonası üçün risk sayır və belə insidentlərlə “xatırlatma” edir".
Ramiz Yunusun qənaətincə, belə bir məqamda Azərbaycan emosiyasız, amma prinsipial şəkildə öz maraqlarını qoruyan balanslı reaksiyanı davam etdirməlidir. Diplomatik təzyiqi artırmaq, izahat, araşdırma və təminat tələb etmək, tərəfdaşlarla koordinasiyanı gücləndirmək önəmlidir.
Eyni zamanda xüsusilə Türkiyə və Qərblə əməkdaşlığı inkişaf etdirmək və eləcə də Moskvanın yaratdığı riskləri minimuma endirən balanslı siyasəti davam etdirmək vacibdir.
tag: Ramiz Yunus ,Kiyev,Səfirlik,Rusiya,Todaypress.tv,
