Moskva xəyanəti təkrarladı: "Mərmi iki dəfə eyni yerə düşə bilməz"

Siyasət

15.11.2025 11:29

"Məşhur deyim var: “Mərmi iki dəfə eyni yerə düşə bilməz”. Ancaq nə “hikmətdirsə” Rusiyanın Kiyevə raket zərbələri nəticəsində hər dəfə mərmilər Azərbaycanın Ukraynadakı səfirliyinin yaxınlığına düşür". 

TodayPress TV  xəbər verir ki, politoloq Elxan Şahinoğlu bu barədə öz "Facebook" ünvanında yazıb. 

O xatırladıb ki, bu, il ərzində ikinci oxşar hadisədir:

"Rusiyanın Kiyevə endirdiyi raket zərbəsi nəticəsində "İskəndər" tipli raketin qəlpələri Azərbaycanın Ukraynadakı səfirliyinin binasına düşüb. Zərbə nəticəsində səfirliyin divarının bir hissəsi çöküb, pəncərələr sınıb, diplomatlarımızın maşınları zərər görüb. Kiyevə ötən axşam edilən raket hücumları zamanı mülki insanlar həlak olublar. 2022-ci ildə də Azərbaycanın Kiyevdəki səfirliyi yaxınlığına iki dəfə raket düşmüşdü və nəticədə binanın divarlarında çatlar əmələ gəlmişdi. Səfirlik hər hücumdan sonra raket zərbələrinin nəticələrini aradan qaldırsa da, bu uzun çəkmir və səfirlik ətrafına yenidən mərmi düşür".

Analitik diqqətə çatdırıb ki, Kiyevdə bir başqa ölkənin səfirliyi Azərbaycan səfirliyi qədər ziyan görməyib:

"Bunu təsadüf saymaq olarmı?!".

TodayPress TV 


tag: Elxan Şahinoğlu,Rusiya,Azərbaycanın Ukraynadakı səfirliyi,Kiyev ,Todaypress.tv,